...

Şamaxı sakini keçmiş arvadını qətlə yetirdi

Hadisə Materials 17 Sentyabr 2020 11:50 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun M. Ə. Rəsulzadə küçəsində yerləşən "Ucuzluq" marketdə qeydə alınıb.

Rayon sakini Elton Hüseynov marketdə keçmiş həyat yoldaşı Xanım Teymurova ilə rastlaşıb. Tərəflər arasında yaranan mübahisə nəticəsində E. Hüseynov üzərində gəzdirdiyi bıçaqla X. Teymurovaya bir neçə zərbə endirib. Yaralı mağazadakıların köməkliyi ilə xəstəxanayaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti