...

Qaxda yanğın qeydə alınıb

Hadisə Materials 3 Oktyabr 2020 18:41 (UTC +04:00)
Qaxda yanğın qeydə alınıb

Bakı. Trend:

Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti