...

Masallıda yanğın olub

Hadisə Materials 9 Oktyabr 2020 03:46 (UTC +04:00)

Bakı. Trend:

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunda ümumi sahəsi 130 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və çardağına yığılan 20 ton ot bağlamasının 8 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti