...

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib (FOTO)

Hadisə Materials 15 Dekabr 2020 17:37 (UTC +04:00)
Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Samux rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlamış, yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, V. Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarlıb.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisində karantin rejimi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. Keçirilən sonuncu belə tədbir zamanı rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayev koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadığı evi tərk etmələri aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti