...

Şabranda karantini pozan çayxana aşkarlanıb (FOTO)

Hadisə Materials 21 Dekabr 2020 10:49 (UTC +04:00)
Şabranda karantini pozan çayxana aşkarlanıb (FOTO)

Bakı. Trend:

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti