...

Ağsuda birmərtəbəli ev yanıb

Hadisə Materials 15 Fevral 2021 22:53 (UTC +04:00)
Ağsuda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Ağsu rayonunun Musabəyli kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evdə 1 ədəd yumşaq mebel və yataq dəsti yanıb. Yüksək temperaturdan tavan 1 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti