...

Bərdədə qadın evdən oğurluq edib

Hadisə Materials 17 Fevral 2021 11:02 (UTC +04:00)
Bərdədə qadın evdən oğurluq edib

Bakı. Samir Əli - Trend:

Bərdə rayon sakini E.Vəliyev fevral ayının 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 dollar pulunun oğurlanması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb.

Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S.Nadirova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti