...

Qaxda evdə yanğın olub

Hadisə Materials 9 Mart 2021 22:09 (UTC +04:00)

Bakı. Trend:

Qax rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qax rayonunun Qum kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə, iki otağının tavanı və dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti