...

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)

Hadisə Materials 18 Mart 2021 10:18 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti