...

Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib

Hadisə Materials 11 Aprel 2021 20:25 (UTC +04:00)
Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti