...

Bakıda həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 3 İyul 2021 09:42 (UTC +04:00)
Bakıda həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib.

Xatırladaq ki, hadisə bu il fevralın 1-də saat 18 radələrində Suraxanı rayonu ərazisində baş verib. Rayon sakini,1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti