...

Ölkə ərazisində yanğın hadisələrinin sayı iki dəfə azalıb - FHN

Hadisə Materials 13 İyul 2021 11:45 (UTC +04:00)
Ölkə ərazisində yanğın hadisələrinin sayı iki dəfə azalıb - FHN

Bakı. Samir Əli - Trend:

İyul ayı ərzində ölkə ərazisində baş verən yanğın hadisələrinin sayı 2 dəfə azalıb.

Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin şöbə rəisi, polkovnik Elnur Babayev deyib.

O bildirib ki, artıq ölkə ərazisində yanğın təhlükəli ərazilər nəzarətə götürülüb: "Havanın isti keçməsi ilə əlaqədar ölkə ərazisində yanğın təhlükəsi artıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində yanğına çıxış sayında əhəmiyyətli azalma müşahidə edilir. Əgər iyun ayında gün ərzində 150-160 yanğına çıxış olurdusa, iyul ayında görülən tədbirlər nəticəsində yanğına çıxış sayları 2 dəfə azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti