...

Bərdədə toyda kütləvi zəhərlənmə baş verib

Hadisə Materials 18 İyul 2021 23:28 (UTC +04:00)
Bərdədə toyda kütləvi zəhərlənmə baş verib

Bərdə. Aslan Məmmədli - Trend:

Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə təşkil olunan toy məclisində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Tovuz rayon sakini 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti