...

Binə qəsəbəsində qadını bıçaqlayıb öldürən kişi daha sonra intihar edib

Hadisə Materials 23 İyul 2021 09:32 (UTC +04:00)
Binə qəsəbəsində qadını bıçaqlayıb öldürən kişi daha sonra intihar edib

Bakı. Samir Əli -Trend:

İyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti