...

Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürülüb

Hadisə Materials 12 Avqust 2021 19:14 (UTC +04:00)
Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürülüb

Bakı. Trend:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti