...

Yaponiyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 15 Avqust 2021 20:26 (UTC +04:00)
Yaponiyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Yaponiyada yağan güclü yağıçlar fəsadlar törədib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, ölkənin cənub qərbi və mərkəzi hissələrinə leysan yağışların nəticəsində altı nəfər ölüb, 4 nəfər xəsarət alıb və daha dörd nəfər itkin düşüb.

Artıq bir neçə gündür Yaponiyada güclü yağışlar davam edir. Ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700 ilə 1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur. Yağışlar çaylarda və su anbarlarında suyun səviyyəsinin kritik səviyyəyə yüksəlməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti