...

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Hadisə Materials 17 Avqust 2021 22:06 (UTC +04:00)
Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti