...

Horadiz dəmir yolu stansiyasında silah-sursat tapılıb

Hadisə Materials 11 Yanvar 2022 11:29 (UTC +04:00)
Horadiz dəmir yolu stansiyasında silah-sursat tapılıb

Bakı. Samir Əli - Trend:

Füzuli rayonunun Horadiz dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti