...

Xocavənddə 11 top mərmisi aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 10 Fevral 2022 16:50 (UTC +04:00)
Xocavənddə 11 top mərmisi aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah, döyüş sursatları və partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilmiş hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib.

Aşkarlanan 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti