...

Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Hadisə Materials 20 Fevral 2022 14:33 (UTC +04:00)
Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Bakı. Trend:

Şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb. Yol verdikləri qayda pozuntuları onlara izah olunub və həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti