...

Qaxda dağ-meşə ərazisində yanğın başlayıb

Hadisə Materials 21 Fevral 2022 07:03 (UTC +04:00)
Qaxda dağ-meşə ərazisində yanğın başlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğına çevik müdaxilə və cəlb edilən qüvvələrin effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Yanğınsöndürmə işləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə köməklik göstərirlər.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır, əsasən əl əməyindən istifadə olunur.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti