...

Suraxanıda müxtəlif cinayətlərə görə 75 nəfər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 4 Mart 2022 17:27 (UTC +04:00)
Suraxanıda müxtəlif cinayətlərə görə 75 nəfər saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslrədən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər. Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti