...

Şəmkirdə iki evdə yanğın olub

Hadisə Materials 13 Mart 2022 10:22 (UTC +04:00)
Şəmkirdə iki evdə yanğın olub

Bakı. Trend:

Şəmkir rayonunda iki evdə yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Mehrili kəndində ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin (tavanı torpaq və qamış örtükdən, dam örtüyü dəmir lövhələrdən ibarət) yanar konstruksiyaları və ev əşyaları 130 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Rayonunun Yuxarı Seyfəli kəndində isə ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti