...

10 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb

Hadisə Materials 27 Aprel 2022 10:51 (UTC +04:00)
10 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Yevlaxda aprelin 16-da kanalda batan 23 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb.

S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti