...

İsmayıllı meşəsində narkotik əkən şəxs saxlanıldı

Hadisə Materials 17 May 2022 15:56 (UTC +04:00)
İsmayıllı meşəsində narkotik əkən şəxs saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəhər sakini Qorxmaz Rəsulov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, onun meşəlik ərazidə becərdiyi 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti