...

Bakıda velosiped oğrusu saxlanılıb (FOTO)

Hadisə Materials 4 İyun 2022 14:30 (UTC +04:00)

Bakı. Trend:

Bakının Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb.

DİN-dən Trend-ə bildirilib ki, oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırrmalardan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti