Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında açıq ərazidə 30 m² sahədə quru ot, məişət tullantıları, 8 ədəd kabel barabanının taxta üzlüyü və barabana dolanmış kabellər qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, digər kabel barabanları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;