...

İtaliyada göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu helikopterin qalıqları tapılıb

Hadisə Materials 11 İyun 2022 22:38 (UTC +04:00)
İtaliyada göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu helikopterin qalıqları tapılıb

Bakı. Trend:

İtaliyada cümə axşamı radarlardan itən helikopterin qalıqları şənbə günü xilasedicilər tərəfindən Modena bölgəsində tapılıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Modena əyalətinin qubernatorunun administrasiyası məlumat yayıb.

Helikopterin göyərtəsində dörd Türkiyə vətəndaşı olmaqla yeddi nəfər olub. İlkin məlumata görə, qəzadan sağ çıxan olmayıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti