...

Daşkəsəndə yağan güclü yağışlar fəsadlar törətdi

Hadisə Materials 12 İyun 2022 13:44 (UTC +04:00)
Daşkəsəndə yağan güclü yağışlar fəsadlar törətdi

Bakı. Trend:

İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Nazirlik bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti