...

Narkotik təsir altında olan sürücü saxlanılıb

Hadisə Materials 2 Avqust 2022 10:17 (UTC +04:00)
Narkotik təsir altında olan sürücü saxlanılıb

Bakı. Trend:

“Toyota” markalı, 01-CX-419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rauf Hüseynov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının XI Taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Hüseynovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Hüseynov 5 gün müddətində inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti