...

Bakı-Quba yolunda ağır yol qəzası baş verib (FOTO)

Hadisə Materials 14 Avqust 2022 10:10 (UTC +04:00)
Bakı-Quba yolunda ağır yol qəzası baş verib (FOTO)

Bakı. Trend:

Bakı-Quba avtomobil yolunun Bakı istiqamətində hərəkət hissəsində yol qəzası baş verib.

Trend xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə iki yük avtomobili toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var.

Qəzadan sonra avtomobillərdən birində tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım briqadası cəlb edilib.

Hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti