Bakı. Trend:
Daşkəsən rayonunda qayınata gəlinini qətlə yetirib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il
təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla
xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilib.
Hazırda istintaq tədbirləri davam edir.