...

Siyəzəndə saxlanılan Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik götürülüb

Hadisə Materials 24 Avqust 2022 15:39 (UTC +04:00)
Siyəzəndə saxlanılan Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik götürülüb

Bakı. Trend:

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Elvin İsmayılov və Nicat Hüseynov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 500 qram psixotrop maddə olan metamfetamin və 558,6 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti