...

Samuxda IX sinif şagirdinə qarşı zorakılıq edilib

Hadisə Materials 19 Oktyabr 2022 16:18 (UTC +04:00)
Samuxda IX sinif şagirdinə qarşı zorakılıq edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Samux rayonunun Qiyaslı kənd orta məktəbində IX sinif şagirdi olan oğlan sinif yoldaşı tərəfindən seksual zorakılığa məruz qalıb. Sinif yoldaşına qarşı seksual hərəkətlər edən şagird bu hərəkətləri kamera vasitəsi ilə çəkib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə faktı təsdiqləyib. O bildirib ki, hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi faktla bağlı cinayət işi başlanıb: “Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək. Hələlik hadisəni törədən şagird orta məktəbdə dərslərini davam etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti