...

Bakıda bıçaqlanan ailədə ölənlərin sayı 2-yə çatdı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Noyabr 2022 23:47 (UTC +04:00)
Bakıda bıçaqlanan ailədə ölənlərin sayı 2-yə çatdı (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verən dörd nəfərin bıçaqlanması nəticəsində xəsarət alan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanda ölüb.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən bildiriblər.

xxx

21:56

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti