...

Abşeronda qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb (FOTO/VİDEO)

Hadisə Materials 17 Dekabr 2022 12:12 (UTC +04:00)
Abşeronda qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Qobu və Saray qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti