...

Bakıda "Naxçıvan" restoranında yanğın olub

Hadisə Materials 19 Dekabr 2022 14:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, günün birinci yarısında FHN-in 112 qaynar xəttinə "Naxçıvan" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, restoranın tüstü bacasında yağ qalıqları yanıb.

FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti