Bakı. Trend:
Dekabrın 17-də saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovu bıçaqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Azər Dadaşov istintaqa təhvil verilib.