...

Tovuzda qatarın adam vurması faktı üzrə cinayət işi başlanıb

Hadisə Materials 4 Yanvar 2023 15:11 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti