Bakı. Trend:
Ələt-Astara-İran sərhəddi avtomobil yolunda ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə yolun 68-ci kilometrliyində, Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini Məcidov Araz Arif oğlunun idarə etdiyi "KAMAZ" markalı 44 CG 110 dövlət nömrə nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini Ağamalıyev Elman Rəhim oğlunun idarə etdiyi "KAMAZ" markalı yük avtomobilinin qoşqusu toqquşub.
Hadisə nəticəsində sürücü Araz Məcidov xəsarət alıb, sərnişini Kiçibəyov Rahib Elbəyi oğlu hadisə yerində ölüb.
Faktla bağlkı araşdırma aparılır.