...

Xaçmazda 35 yaşlı kişi qətlə yetirilib

Hadisə Materials 12 Yanvar 2023 07:41 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, illin məlumata görə hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti