Bakı. Trend:
Xocalı rayonu ərazisində yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə su kanalına düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə rayonun Çanaqcı kəndi ərazisində qeydə alınıb.