...

Zaqatalada sexdə yanğın olub

Hadisə Materials 5 Mart 2023 00:44 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala rayonununda sexdə yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb.

"Sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti