Bakı. Trend:
Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe" və "VAZ 2106" markalı avtomobil toqquşub.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.