...

Sumqayıtda 16 yaşlı qız itkin düşüb

Hadisə Materials 4 Aprel 2023 16:42 (UTC +04:00)
Sumqayıtda 16 yaşlı qız itkin düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan 17 yaşlı Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti