Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 m² sahədə məişət tullantıları yanıb. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.