...

Goranboyda ağır yol qəzası olub, polis əməkdaşı ölüb

Hadisə Materials 7 Aprel 2023 09:30 (UTC +04:00)
Goranboyda ağır yol qəzası olub, polis əməkdaşı ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti