...

Bakıda binada partlayış olub, xəsarət alan var (FOTO/VİDEO)

Hadisə Materials 11 Aprel 2023 09:59 (UTC +04:00)
Bakıda binada partlayış olub, xəsarət alan var (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti