Bakı. Trend:
Ucar şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb