...

ABŞ-da qum fırtınası nəticəsində baş verən qəzada 6 nəfər ölüb

Hadisə Materials 2 May 2023 06:48 (UTC +04:00)
ABŞ-da qum fırtınası nəticəsində baş verən qəzada 6 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın İllinoys ştatında baş verən qum fırtınası çoxsaylı avtomobil qəzalarına səbəb olub, nəticədə ən azı altı nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

"Ən azı altı nəfər ölüb, 30-dan çox insan (...) xəsarətlərlə xəstəxanalara çatdırılıb", - deyə ştatın polisi qeyd edib.

Məlumata görə, qəzada "40-dan 60-a qədər avtomobil və qoşqulu bir neçə traktor iştirak edib, onlardan ikisi yanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti